📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putinin adamı “Paşinyanla Makronun birgə planı”ndan yazdı

2022-10-17 23:10:00

Putinin adamı “Paşinyanla Makronun birgə planı”ndan yazdı

“Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmağa, sülhməramlıları qovmağa çalışırlar”

“Azərbaycanla sərhədə təcili Gürcüstandan gətirilmiş Aİ müşahidəçilərini yerləşdirirlər”

Hurriyyet.az xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, Rusiyanın dövlət və ictimai xadimi Sergey Markov öz “Feysbuk” səhifəsində Rusiyanın Qafqazdakı bəsləməsi olan Ermənistanın yal yediyi qabı devirməsindən bəhs edib, Rusiyaya, KTMT-yə arxa çevirməsindən gileylənib.

Markov yazıb:  “Rusiyaya qarşı yeni hücum başlanır. Bu gün Avropa İttifaqının müşahidəçilərinin Ermənistanla Azərbaycan sərhədinə yerləşdirilməsinə başlanılıb. Elə təcilidir ki, bu gün onları Gürcüstandan daşıyırlar. Aydındır ki, bu müşahidəçilərin praktiki olaraq hamısı NATO ölkələrinin hərbçiləri və xüsusi xidmət orqanlarıdırlar. Məqsəd – Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq, o cümlədən rusiyalı sülhməramlıları qovmaq və Rusiyanın Gümrüdəki hərbi bazasını qovub oradan çıxarmaqdır. Bu, Paşinyanla Makronun birgə planıdır. Bütün müşahidəçilər yalnız Ermənistan ərazisində olacaqlar. Rusiya istəyərdi ki, orada KTMT müşahidəçiləri yerləşdirilsinlər. Lakin Ermənistan KTMT-dən olan müşahidəçiləri əngəllədi. Bununla əlaqədar artıq Lavrovla Ermənistan XİN rəhbəri arasında açıq-aşkar və kəskin mübahisə olub”.

Hürr Tərcüman

Putinin adamı“Paşinyanla Markonun birgə planı”ndan yazdı