📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putinin adamı: “Rusiya ordudan istifadə qərarı verə, DXR ilə LXR-i tanıya bilər”

2022-02-21 15:30:00

Putinin adamı: “Rusiya ordudan istifadə qərarı verə, DXR ilə LXR-i tanıya bilər”

Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Ukrayna-Rusiya böhranı barəsində öz “Feysbuk” səhifəsində açıqlama verib.

Paylaşmada yazılıb:

        “1. Ukrayna Silahlı Qüvvələrinin mərmiləri artıq bir neçə dəfə Rusiya ərazisini vurub.

  1. Bu gün döyüşlər Rusiya sərhədinin, Mariupolun yaxınlığında gedir.
  2. Bu gün səhər isə USQ artilleriyası Rusiyanın sərhəd nəzarət məntəqədini vurub.
  3. Bu gün Rusiyanın Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb. Sabah isə Federasiya Şurasının iclası keçiriləcək.
  4. Hər kəs Rusiya ordusundan istifadə qərarının qəbul ediləcəyini gözləyir.
  5. Çox güman ki, Rusiya tərəfindən DXR və LXR-in tanınması baş verəcək və Rusiya Donbass xalqına hərbi yardım edəcək.

         Bəlkə də yox”.

Hürr Tərcüman