📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putinin Ankara səfəri ərəfəsində Rusiyadan Türkiyə ilə gərginliyi artıracaq açıqlama

2022-06-06 17:30:00

 Putinin Ankara səfəri ərəfəsində Rusiyadan Türkiyə ilə gərginliyi artıracaq açıqlama

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Kremlin mətbut katibi Dmitri Peskov Prezident Vladimir Putinin Ankaraya səfəri ərəfəsində iki ölkə arasında gərginliyi artıracaq açıqlama verib.

Peskov Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun çərşənbə günü (iyunun 8-də) türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Ankarada keçirəcəyi görüş zamanı Türkiyənin Suriyada aparacağı əməliyyatın müzakirə ediləcəyini güman elədiyini bildirib.

Rusiya qüvvələrinin Suriyanın şimalında Türkiyənin antiterror əməliyyatı apara biləcəyi rayonlardakı mövqelərini gücləndirməsi ilə bağlı sualların cavabında Peskov deyib: “Bu haqda şərh verməyəcəyəm. Söhbət Suriyanın suveren torpaqlarından gedir. Bu dövlətin ordusu öz torpaqlarındakı əraziləri istədiyi kimi gücləndirə bilər”.

Hürr Tərcüman