📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Putinin Bakıya və İrəvana telefon zəngləri "vasitəçi bizik" mahiyyəti daşıyır" - ELXAN ŞAHİNOĞLU

2022-07-07 11:46:00

"Kreml sahibi daim Bakı və İrəvanla təmas halında olmaqla vasitəçi statusunu başqaları ilə bölüşməyəcəyinə işarə etməyə çalışır"

"Telefon diplomatiyası davam edir. Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyala telefonla danışıb. Kreml sahibi daha əvvəl Azərbaycan prezidenti İlham Əliyevlə Xəzər sahili ölkələrin liderlərinin sammiti çərçivəsində Aşqabadda görüşərək fikir mübadiləsi aparmışdı. Putin "balans pozulmasın" deyən bu dəfə Paşinyana zəng edib. Putin Paşinyanla Azərbaycanla danışıqların hazırki mərhələsini və Ermənistan-Türkiyə dialoq barədə fikir mübadiləsi aparıb". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloq qeyd edib ki, Putinin başı Ukraynaya qarşı işğalçı müharibəyə qarışsa da, Cənubi Qafqazı da unutmur: "Azərbaycanla Ermənistan arasında 2020-ci 10 noyabr və 2021-c il 11 yanvar bəyanatlarının müəllifi Putindir. Kreml sahibi daim Bakı və İrəvanla təmas halında olmaqla vasitəçi statusunu başqaları ilə bölüşməyəcəyinə işarə etməyə çalışır. Vasitəçilikdə Avropa İtifaqının rəhbəri Şarl Mişel ön plana çıxmağa çalışır ki, bu Vladimir Putini narahat etməyə bilməz. Putinin Bakıya və İrəvana zəngləri heç nəyi həll etmir, əks halda Azərbaycanla Ermənistan arasında məsələlərin həlli sürətlənərdi. Telefon zəngləri sadəcə "vasitəçi bizik" mahiyyəti daşıyır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az