Putinin böyük mətbuat konfransı bu tarixdə keçiriləcək
2026-11-26 13:42:32
Rusiya Prezidenti Vladimir Putinin ənənəvi böyük mətbuat konfransı dekabrın 10-u keçiriləcək.
Hurriyyet.net TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.
Bu il də mətbuat konfransı “Birbaşa xətt” tədbiri ilə birlikdə keçiriləcək.
Qeyd edək ki, Rusiya liderinin mətbuat konfransı və “Birbaşa xətt” tədbiri ilk dəfə 2020-ci ildə birləşdirilmiş formatda keçirilib. 2023-cü ildən etibarən isə bu format “Vladimir Putinlə ilin yekunları” adlandırılır.