📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putinin “böyük müharibə yalanı": ruslar “Bayraktar”a qarşı döyüşə bilmir

2021-11-03 22:08:00

Putinin “böyük müharibə yalanı

PUA-lara görə xüsusi müşavirə keçirən Putin “bunun qarşısını almağın yollarını öyrəndik” deyir.

Rusiya Qarabağ müharibəsində rus silahlarının PUA-lar qarşısında aciz qalmasından sonra bu sahəyə xüsusi diqqət ayırmağa başladı. Lakin indi Moskvanı narahat edən Ukraynanın Donbasda separatçılara qarşı “Bayraktar” tətbiq etməsidir: Kiyev Qarabağ müharibəsi taktikasından istifadə edəcəksə, bu, separatçılar üçün çətin olacaq.

Moskva anlayır ki, separatçıları “Bayraktar”lardan qoruya bilməyəcək. Mövcud vəziyyətdə genişmiqyaslı müharibə də ruslara yeni sanksiyalarla üzləşmək, xüsusilə “Şimal axını-2” layihəsinin önünün kəsilməsi riskinə görə sərf etmir. Bu baxımdan, Ukrayna sərhədinə qoşun toplamaqla Kiyevi və ABŞ-ı separatçılara qarşı əməliyyatdan çəkindirmək gedişi edir: kiçik müharibəyə qarşı “böyük müharibə” blefi;

Putinin müşavirə keçirməsi də əslində Rusiyanın “Bayraktar”larla necə mübarizə aparacağını bilmədiyini göstərir.

Asif Nərimanlı