Putinin əsas məqsədi: Bu 5 ölkəni ələ keçirəcək... - Video
2022-03-12 09:07:00
Putinin məqsədi keçmiş Sovet İttifaqı ölkələrini - Belarus, Ermənistan, Moldova, Qazaxıstanın böyük hissəsi və Özbəkistanı ələ keçirməkdir.
Hurriyyet.az xəbər verir ki, bunu ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində 2008-ci ildən ailəsi ilə Böyük Britaniyada yaşayan rusiyalı iş adamı Yevgeni Çiçvarkin deyib.
Qordonun Putinin bugünkü vəziyyətdən necə çıxacağı ilə bağlı sualına Çiçvarkin belə cavab verib:
“Bir neçə şəhəri yer üzündən silmək, humanitar fəlakətə səbəb olmaq, bir "düymə" ilə (nüvə silahı nəzərdə tutulur - red.) Qərbi qorxutmaq, keçmiş Sovet İttifaqının “çeynəyə” bildiyi hissəsini qoparmaq... O, Belarusu, Ermənistanı, Moldovanı, Qazaxıstanın və Özbəkistanın çox hissəsini də “çeynəyə” biləcək.