Putinin gizli telefon danışığı yayıldı – Lavrov Parisin “diplomatik etikanı pozduğunu” söylədi
Hurriyyet.az “Yevropeyskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, RF XİN rəhbəri Sergey Lavrov Fransa lideri Emmanuel Makronla Rusiya Prezidenti Vladimir Putinin araasındakı danışığın yayılmasını “diplomatik etikanın pozulması” adlandırıb, danışığın tərəflərdən birinin razılığı olmadan səsləndirilməsinin düzgün olmadığını söyləyib.
İki prezident arasında söhbət Ukraynadakı müharibənin başlanmasından dörd gün əvvəl, 20 fevral tarixində baş tutub.
Telefon danışığı ötən həftə nümayiş etdirilən “Prezident, Avropa və müharibə” sənədli filmində səsləndirilib.
Qeyd edək ki, sənədli filmin nümayişindən sonra RF XİN mətbuat təmsilçisi Mariya Zaxarova Parisi Moskva ilə danışıqların məxfiliyini pozmaqda ittiham edib, Fransa ilə Rusiya dövlət başçılarının gizli danışıqlarında çəkiliş qrupunun iştirak eləməsindən hiddətlənib.
Hürr Tərcüman