“Putinin hədəflərindən biri SSRİ-nin bərpasıdır!” – ABŞ dövlət katibi bəyan elədi
2022-01-10 10:05:00
Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Dövlət katibi Entoni Blinken Rusiyanın SSRİ-ni bərpa eləmək istədiyini bəyan edib.
Blinken deyib: “Rusiya Sovet İttifaqı dövründəki üsuli-idarəni bərpa eləmək istəyir. Bu, isə Vaşinqton üçün qəbuledilməzdir”.
ABŞ-ın Xarici İşlər naziri E.Blinken CNN telekanalına müsahibəsində deyib: “Bunun belə olduğunu və (Rusiya Prezidenti) Putinin hədəflərindən biri olduğunu hesab edirəm. Bu, postsovet ölkələrinin təsir dairəsinə salınmasının bərpa edilməsi deməkdir və ABŞ üçün qəbuledilməzdir”.
Hürr Tərcüman