📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Putinin həyatı təhlükədədir, onu öldürmək istəyirlər" - Volodimir Zelenski

2023-07-01 13:21:00

“Rusiya Prezidenti Vladimir Putinin həyatı üçün təhlükə daha çoxdur, nəinki mənim. Çünki onu öldürmək istəyənlər var”.

Hurriyyet.az xəbər verir ki, bunu Ukraynanın dövlət başçısı Volodimir Zelenski İspaniyanın “El Mundo” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, şəxsi həyatı üçün təhlükə gündəlik fəaliyyətinin bir hissəsinə çevrilib: “Amma buna artıq öyrəşmişəm. Vladimir Putinin isə bu məsələdə ümumiyyətlə bəxti gətirməyib".

azpolitika.info