📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putinin imici darmadağın oldu: "əməliyyat" hazırlanır - Video

2023-07-11 12:22:00

Putinin imici darmadağın oldu:

"Vaqner" rəhbəri Yevgeni Priqojinin iyun üsyanı Rusiya Prezidenti Vladimir Putinin imicinə xələl gətirdi və indi o, bunu bərpa etmək üçün mübarizə aparır.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov danışıb.

O qeyd edib ki, hazırda Rusiyada prezidentin imicini bərpa etmək üçün bir növ “xüsusi əməliyyat” davam edir.

Kəşfiyyat rəsmisi onu da qeyd edib ki, vaqnerçilər üçün heç bir nəticə olmayıb, bu da kifayət qədər maraqlıdır:

"Priqojinin muzdluları rus təyyarələrini vurdular, Moskva vilayətinə yollandılar və demək olar ki, heç bir müqavimətlə qarşılaşmadılar. Amma onlara qarşı bütün cinayət işləri bağlanıb".

"Təbii ki, Putin hər şeyin qaydasında olduğunu göstərmək üçün çox çalışmalı olacaq. Ancaq hər kəs nəyin səhv olduğunu bilir. Nə qədər rayonları gəzib-dolaşsa da, nüfuzunu bərpa edə bilməyəcək. Hər şeyə qadir Putinin obrazı məhv edilib. İndi Rusiya rejimi diktatorun imicini bərpa etmək üçün böyük vəsait sərf edəcək", - Yusov vurğulayıb.