📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putinin İrəvana yolu bağlanır?

2023-09-26 14:11:05

Putinin İrəvana yolu bağlanır?

Ermənistan parlamenti qərarını sentyabrın 28-də bəyan edəcək

Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentinin Dövlət Hüquq Komissiyası sentyabrın 28-də Beynəlxalq Cinayt Məhkəməsinin Roma Statutunun ratifikasiyası məsələsini nəzərdən keçirəcək. Bu barədə məlumat qanunverici orqanın saytında yerləşdirilib.

Müvafiq qanun layihəsini Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə təmsilçisi Yeqişe Kirakosyan təqdim edəcək.

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabr ayında xalqa videomüraciəti zamanı bildirimişdi ki, Ermənistanın təhlükəsizliyi təmin ediləcək, həmçinin, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası layihəsi müzakirə ediləcək. Paşinyan BCM-in Roma Statutunu ratifikasiya eləmək qərarından danışarkən demişdi: “2022-ci ilin dekabrında bizim hamımıza aydın oldu ki, KTMT və Rusiya-Ermənistan strateji əməkdaşlığının imkanları Ermənistanın xarici təhlükəsizliyini təmin eləmək üçün kifayət deyil”.

Qeyd edək ki, bu il martın 17-də Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Vladimir Putin və Uşaq Hüquqları üzrə Komissar Mariya Lvova-Belovanın həbsinə order verilməsi ilə bağlı bəyanat verib.

Əgər Roma statutu ratifikasiya olunarsa, Ermənistana səfər edəcəyi təqdirdə Putin həbs edilməlidir.

Hürr Tərcüman