📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

PUTİNİN İŞĞALÇI QÜVVƏLƏRİNİN BÜTÜN CƏBHƏLƏRDƏ QARŞISI KƏSİLİB – Britaniya kəşfiyyatı: “Rusiya ordusu ağır itkilər verməkdə davam edir”

2022-03-17 11:16:00

PUTİNİN İŞĞALÇI QÜVVƏLƏRİNİN BÜTÜN CƏBHƏLƏRDƏ QARŞISI KƏSİLİB – Britaniya kəşfiyyatı: “Rusiya ordusu ağır itkilər verməkdə davam edir”

Rusiyanın Ukraynaya müdaxiləsi bütün cəbhələrdə böyük ölçüdə dayandırılıb.

Hurriyyet.az xəbər verir ki, bu haqda Britaniya Müdafiə Nazirliyi açıqlama verib.  

Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya qüvvələri son günlər quruda, dənizdə və havada minimal irəliləyiş əldə edib və ağır itkilər verməkdə davam edir.

"Ukraynanın müdafiəçiləri güclü və yaxşı əlaqələndirilmiş olaraq öz yerlərində qalır, hətta irəliləyirlər. Bütün böyük şəhərlər də daxil olmaqla, Ukrayna ərazisinin əksər hissəsi ukraynalıların əlindədir", - Britaniya Müdafiə Nazirliyi əlavə edib.