Putinin Kim Çenə hədiyyəsi barəsində Kremldən açıqlama
2024-02-20 11:24:16
Hurriyyet.az xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Koreya Xalq Demokratik Respublikasının liderinə Rusiya istehsalı olan "Aurus" avtomobili hədiyyə etdiyini bildirib.
Koreyanın Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, Kim Çen Ina göndərilən hədiyyəni fevralın 18-də onun bacısı, Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Çjon qəbul edib. Kim Yo Çjon bu hədiyyənin "iki ölkənin liderləri arasında xüsusi dostluq münasibətlərinin aşkar isbatı və ən yaxşı hədiyyə" olduğunu deyərək, Putinə təşəkkürünü bildirib.
Hürr Tərcüman