📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putinin mətbuat katibi: “Ruslara qarşı misli görünməmiş nifrətlə üz-üzə qalmışıq”

2022-03-21 17:16:00

Putinin mətbuat katibi: “Ruslara qarşı misli görünməmiş nifrətlə üz-üzə qalmışıq”

“Dünya bütün ruslara qarşı misli görünməmiş nifrətlə üz-üzə durub”.

Bu sözləri Prezident Putinin mətbuat katibi Peskov bəyan edib.

“Hazırda bizim  üzləşdiyimiz vəziyyət göstərir ki, bütün ruslara qarşı misli görünməmiş nifrət püskürülür. İstər Rusiya nümayəndəliyi, rus vətəndaşları, xarici vətəndaşlar olan ruslar- hamı nifrətlə, sıxışdırılma ilə qarşı-qarşıyadır. Bu, hətta həyata qarşı təhlükə həddinə çatır. Odur ki, belə görünməmiş şərait görünməmiş qərarlar verməyi tələb edir”-deyə Peskov vurğulayıb.

Bu gün Rusiyanın Ombudsmanı Tatyana Moskalkova da bəyan edib ki, bütün dünya üzrə rusların milli mənsubluğa görə hüquqlarının pozulması müşahidə olunur. \\Demokrat.az