📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putinin müharibə ilə bağlı cavabı Orbanı məyus edib

2023-10-18 11:42:47

Putinin müharibə ilə bağlı cavabı Orbanı məyus edib

Macarıstanın baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putinlə Çində keçirdiyi görüşdən sonra Ukraynada atəşkəs perspektivlərini müzakirə etdiyini və məyus olduğunu bildirib.

Hurriyyet.az xarici mediaya istinadla xəbər verir ki, sosial şəbəkədə Orban Putinlə görüşlə bağlı təəssüratlarını yazıb və qeyd edib ki, “macarlar və bütün Avropa üçün ən vacib məsələ qaçqın axınına, sanksiyalara və qonşuluqdakı hərbi əməliyyatlara son qoymaqdır”.

"Rusiya prezidentindən aldığım cavab, yumşaq desək, ürəkaçan olmadı", - Orban yazıb.

O əlavə edib ki, Macarıstan qarşıdakı aylarda “bunu nəzərə alaraq” hərəkət etməli olacaq.

Musavat.com