PUTİNİN MÜSƏLMAN SALAMLAŞMASI GÜNDƏM OLDU - VİDEO
2023-11-04 10:15:21
Rusiya Prezidenti Vladimir Putin ölkənin İctimai Palatasının yeni tərkibilə görüş keçirib.
Hurriyyet.az xəbər verir ki, kadrlar sosial şəbəkələrdə yayılıb.
Görüş zamanı dövlət başçısı tatarıstanlı din xadiminin “Hörmətli Vladimir Vladimiroviç, assalamu aleykum!”, - müraciətinə “Aleykum assalam!”, - deyərək cavab verib.
Daha sonra Putin bildirib ki, SSRİ dövründə indiki qədər məscid tikilməyib.
“Müasir Rusiyada sovet dövründəkindən daha çox məscid tikilib. Ərəb həmkarlarım Rusiyada 8 min məscidin tikildiyinə inanmırlar”, - deyə o bildirib. Prezidentin sözlərinə görə, bu rəqəm fantastik görünür, lakin tikinti davam edəcək.
“Bu, dövlət üçün vacibdir və biz bunu dəstəkləyəcəyik”, - deyə prezident vurğulayıb.
Azpolitika.info