Putinin nümayəndəsi Tehrandadır
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Tehranda İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb.
İran XİN-in açıqlamasında bildirilir ki, Suriyanın paytaxtı Dəməşq şəhərinə səfər etdikdən sonra Tehrana gələn Lavrentyev ilə Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Verşinin Abdullahiyanla birlikdə “ikitərəfli münasibətlər, regiondakı hadisələr və Suriyadakı vəziyyəti” müzakirə ediblər.
Abdullahiyan, Astana prosesi çərçivəsində “Suriyalıların öz aralarında aparacaqları müzakirələrin bu ölkədəkiböhranın yeganə həlli yolu” olduğunu söyləyib.
İranlı nazir Rusiya ilə davamlı və uzunmüddətli əməkdaşlığı inkişaf etdirmək istədiklərini bildirərək deyib: “Moskva ilə Tehranın Suriynın yenidən inşasında birlikdə çalışmaları çox mühümdür”.
Hürr Tərcüman