📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putinin nüvə hədəsi Azərbaycanda bu məhlulu yoxa çıxartdı - XƏBƏRDARLIQ

2022-10-11 17:46:00

Putinin nüvə hədəsi Azərbaycanda bu məhlulu yoxa çıxartdı - XƏBƏRDARLIQ

Rusiya Prezidenti Vladimir Putinin nüvə silahından istifadə etməsi təhdidindən sonra Azərbaycanda yoda tələbat anidən artıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edilib ki, ötən həftədən etibarən Bakının əksər aptekində yod satışı artmağa başlayıb.

Sosial şəbəkə istifadəçiləri arasında bəzi apteklərdə yod tapılmadığını yazanlar da var.

Radioloq həkim Aydın Əliyev bildirib ki, vətəndaşlar apteklərdə olan-qalan yodu alıb evlərdə saxlayırlar:

"İmkan verin yodu təcili ehtiyacı olanlar alsın. Yenə həmişəki kimi su gəlməmiş çırmanmayın. Hələ nüvə silahı atılmayıb. Vallah bizi Allah qorumasa, yod da qorumayacaq. Cılız olmayın!", - deyə o qeyd edib.

Qeyd edək ki, bundan əvvəl də Azərbaycan ərazisində apteklərdə yodun çatışmazlığı barədə məlumat yayılmışdı.

Analitik Ekspertiza Mərkəzinin (AEM) İdxal-İxrac şöbəsindən bildirilmişdi ki, sonuncu dəfə ölkəyə yod gətirilməsi üçün müraciət bu ilin aprel ayında edilib və yaxın zamanlarda apteklərdə yod çatışmazlığı aradan qaldırılacağı bildirilmişdi.

olke.az