📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putinin partiyası Robert Köçəryanı Moskvaya çağırdı

2021-09-11 14:57:00

Putinin partiyası Robert Köçəryanı Moskvaya çağırdı

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan hakim Vahid Rusiya Partiyasının dəvəti ilə Moskvaya gedəcək.

Hurriyyet.az xəbər verir ki, R.Köçəryanın Moskvada hakim partiya rəhbərliyi ilə görüşündə “Ermənistan” bloku ilə “Vahid Rusiya” fraksiyasının əməkdaşlığının genişlənməsi müzakirə ediləcək.

Səfərin növbəti həftənin sonu Köçəryanın Rusiyaya gedəcəyi gözlənilir.

Qeyd edək ki, Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku parlamentdə 29 deputatla təmsil olunur.