Putinin qovduğu general intihar etdi
2023-02-14 17:38:00
Rusiyada nüfuzlu polis generalı intihar edib.
Hurriyyet.az xəbər verir ki, bu, Rusiya prezidenti Vladimir Putinin vəzifədən azad etdiyi general-mayoru Vladimir Makarovdur.
Onun meyiti güllələnmiş halda Moskva ətrafında yerləşən Qolikov kəndindəki evində tapılıb.
Hadisə intihar kimi dəyərləndirilib.
Müstəntiqlər istintaqın gedişinə dair əlavə məlumat verməyiblər. (yenisabah)