Putinin rəhbərliyi ilə KTMT sammiti keçirilir – Qazaxıstandakı vəziyyət müzakirə ediləcək
Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Şurasının Qazaxıstandakı hadisələrlə bağlı çağrılmış növbədənkənar sessiyası bu gün öz işinə başlayır.
Təşkilatın bütün üzv ölkələrinin – Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya və Ermənistanın təmsilçiləri sessiyada iştirak edirlər.
Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin, KTMT-nin Baş katibi Stanislav Zas, Qırğızıstanın Baş naziri Akılbek Japarov sessiyada iştirak edəcəklər. Belarus Prezidenti Aleksandr Lukaşenkonun da sammitdə iştirak edəcəyi gözlənilir.
Bəlli olduğu kimi, bu ilin ilk günlərindən etibarən maye qazın ikiqat bahalaşması ilə bağlı başlanan kütləvi etirazları yatırmaq üçün Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev KTMT-yə müraciət edərək, ölkəyə hərbi müdaxilə eləməsini tələb eləmişdi. Bu dəvətdən sonra KTMT sülhməramlıları Qazaxıstana daxil olublar.
Hürr Tərcüman