📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putinin rəsmi qarşılanma mərasimi oldu - Video

2024-08-19 14:36:01

Putinin rəsmi qarşılanma mərasimi oldu - Video

Azərbaycan Respublikasında dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin avqustun 19-da rəsmi qarşılanma mərasimi olub.

Hurriyyet.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Rusiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Rusiya Prezidentinə raport verdi.

Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi dövlət başçılarının qarşısından keçdi.