📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putinin rütbə verdiyi general 1 il keçməmiş QANDALLANDI - FOTO

2026-10-01 15:10:09

Putinin rütbə verdiyi general 1 il keçməmiş QANDALLANDI - FOTO

Rusiya Silahlı Qüvvələrinin Döyüş Hazırlığı Baş İdarəsinin tədris-maddi baza idarəsinin rəisi, general-mayor Sergey Nikituşkin həbs olunub.

Hurriyyet.media xəbər verir ki, ötən gün axşam saatlarında 51 yaşlı zabit barəsində həbs qətimkan tədbiri seçilərək istintaq təcridxanasına göndərilib.

Onun təqsirləndirildiyi cinayət işinin təfərrüatları hələlik açıqlanmır.

Nikituşkin Rusiya-Ukrayna müharibəsinin iştirakçısıdır. Ona general-mayor rütbəsi 2024-cü il dekabrın 9-da verilib.

General-mayorun məsuliyyət zonasına ordunun poliqon təminatı daxil idi. Onun ölkə üzrə tank bölmələri üçün təlim meydançalarının planlaşdırılan modernləşdirilməsi prosesinə rəhbərlik etdiyi ehtimal olunur.

İstintaq cinayətin bütün təfərrüatlarını müəyyənləşdirənədək təqsirləndirilən şəxs təcridxanada saxlanılacaq. Yaxın vaxtlarda məhkəmə istintaq dövrü üçün onun barəsində növbəti qərarını verəcək.