📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putinin “sağ əli” istefa verib Rusiyanı tərk etdi – KREML TƏSDİQLƏDİ

2022-03-23 21:12:00

 Putinin “sağ əli” istefa verib Rusiyanı tərk etdi – KREML TƏSDİQLƏDİ

“Rusiya prezidentinin dayanıqlı inkişaf üzrə xüsusi nümayəndəsi Anatoli Çubays öz istəyi ilə işdən çıxıb. Onun Rusiyadan gedib-getməməsi isə şəxsi işidir”.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bəli, Çubays öz istəyi ilə işdən çıxıb. Gedib, getməməsi isə öz şəxsi işidir”- deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Bloomberg agentliyi öz mənbələrinə istinadən Çubaysın vəzifəsindən gedərək Rusiyanın tərk etməsi barədə məlumat yayıb. \\İnterpress.az