Putinin səsi ilə “təcili müraciət” yayıldı
Hurriyyet.az “Komsomolskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Rusiyada regional radionun sisteminə daxil olaraq ölkə Prezidenti Vladimir Putinin adından onun səsinə bənzər səslə saxta “təcili müraciət” yayıblar. Müraciətdə Ukrayna Silahlı Qüvvələrinin RF-nin bir sıra sərhəd rayonlarına daxil olduğu deyilir: “Rusiyalılar, qardaşlar və bacılar, bu gün səhər saat 4-də NATO və Qərb tərəfindən silahlandırılmış və Vaşinqton tərəfindən dəstəklənən Ukrayna qoşunları Kursk, Belqorod və Braynsk ərazisinə saxil olublar. Bizim sərhədçilərimiz və Silahlı Qüvvələrimiz təcavüzkarın gücünü üstələyən layiqli cavab veriblər. Həmin ərazinin ərazisində hərbi vəziyyət tətbiq edilib. Həmçinin, bu gün tam səfərbərlik barəsində fərman imzalayacağam. Çünki təhlükəli və hiyləgər düşmənin üzərində qələbə çalmaq üçün biz RF-nin bütün qüvvəsini cəm eləməliyik. Düşmən darmadağın ediləcək, qələbə bizimdir”.
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov radionun tezliyinin ələ keçirildiyini və “müraciətin” saxta olduğunu bəyan edib.
Hürr Tərcüman