“Putinin şəxsi dustağıyam” deyən Saakaşvili Zelenskiyə təşəkkürünü bildirdi
Hurriyyet.az xəbər verir ki, Gürcüstanın hazırda vətənində həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciət ünvanlayıb. Saakaşvilinin “Feysbuk” səhifəsində dərc edilmiş məktubda deyilir: “Mənim Gürcüstanda Rusiyadan başqa dünyada heç kimin qəbul eləmədiyi saxta ittihamlarla qanunsuz həbsimlə bağlı yüksək səviyyəli, həqiqi dövlət xadimi kimi mövqeyiniz və söylədikləriniz mənə dərindən təsir edib”.
“Mən Gürcüstanı həyatımdan da artıq sevirəm, amma ikinci vətənim olan Ukraynanı da çox sevirəm. Ukraynada mənim ailəm, dostlarım və çox yüksək qiymətləndirdiyim vətəndaşlığım var. Sizin həyata keçirdiyiniz tarixi dəyişikliklərə və islahatlara kiçik töfhəmi vermək imkanım olduğuna görə bütün ömrüm boyu fəxr edəcəyəm. Praktiki olaraq, Putinin şəxsi dustağı olduğum üçün, Ukraynanın, bütün regionun və imperiyanın bütün dustaqlarının müdafiəsi ilə bağlı prinsipial mövqeyinizi yüksək qiymətləndirirəm”.
Hürr Tərcüman