📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putinin sözləri təşviş yaratdı: Bu ölkə “ən pis ssenari”yə hazırlaşır

2026-08-17 17:59:09

Putinin sözləri təşviş yaratdı: Bu ölkə “ən pis ssenari”yə hazırlaşır

Britaniyada Rusiya prezidenti Vladimir Putinin Avropa gəmilərinin ələ keçirilməsi ilə bağlı açıqlamasından sonra narahatlıq yaranıb.

Hurriyyet.Media xəbər verir ki, bu barədə “Wydarzenia Interia” yazıb.

Nəşrin məlumatına görə, Putinin sözləri Londonda ciddi təşvişə səbəb olub və Britaniya mümkün ssenarilərə hazırlaşır.

Məqalədə bildirilir ki, London Rusiyadan ehtiyat edir və vəziyyətin daha da gərginləşəcəyindən narahatdır.

Britaniya Kral Donanmasının keçmiş ilk dəniz lordu, admiral Alan Vest isə donanmanın hazırkı vəziyyətinin narahatedici olduğunu deyib.

Onun sözlərinə görə, illər ərzində hərbi dəniz qüvvələrinin sayının azaldılması Britaniyanın bütün vəzifələri yerinə yetirməsi üçün kifayət qədər gəmiyə malik olmamasına gətirib çıxarıb.

Admiral mümkün Rusiya-Britaniya qarşıdurması zamanı ölkənin hərbi gəmilərinin həssas vəziyyətə düşə biləcəyini vurğulayıb.

Daha əvvəl Britaniya Hərbi Dəniz Qüvvələrinin 2025-ci ildə Rusiya sualtı qayıqlarının fəaliyyətini izləməyə ciddi resurs ayırdığı bildirilmişdi. Məlumata görə, Britaniya donanması həmin il vaxtının təxminən üçdə birini Rusiya sualtı qayıqlarını izləməyə sərf edib.