📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putinin təmsilçisi: "Səudiyyə Ərəbistanı BRİKS-ə inteqrasiyaya hazırlaşır"

2024-01-17 15:53:41

Putinin təmsilçisi:

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Səudiyyə Ərəbistanının BRİKS təşkilatına inteqrasiyası üzərində işin davam elədiyini bildirib. Bu mövzu Rusiya Prezidenti Vladimir Putinin 2023-cü ilin dekabr ayında Ər-Riyada səfərinin gedişində müzakirə edilib. 
Kremlin təmsilçisi deyib: "Səudiyyə Ərəbistnının BRİKS ölkələri ilə inteqrasiyası üzərində iş davam edir və biz bunu çox mühüm hesab edirik. Prezident Putinin Ər-Riyada bu yaxınlardakı səfəri zamanı da bu barədə danışıq aparılıb". 
BRİKS-in 2023-cü ilin avqust ayında keçirilən sammitinin yekunları əsaında Səudiyyə Ərəbistanı, Misir, İran, BƏƏ və Həbəşistan dövlətləri təşkilata dəvət ediliblər. Argentinanın yeni iqtidarı bu ilin dekabr ayında inteqrasiyanı məqsədyönlü hesab eləmədiyi üçün  hələlik dəvətdən imtina elədiklərini xəbər veriblər. Qalan ölkələr yanvarın 1-də BRİKS təşkilatında tam fəaliyyətə başlayıblar. 
BRİKS təşkilatı 2011-ci ildə yarananda tərkibinə Braziliya, Rusiya, Hindistan və Çin daxil idi. Ardından CAR da təşkilatın üzvü olub. 2024-cü ildə BRİKS-ə Rusiya sədrlik edir. 
Hürr Tərcüman