Putinin TÖVBƏ DUASI
Ululardan Ulu Tanrım,
Tövbə edib yalvarıram,
Yardım elə isa Məsih!
İşlər getmir doğru, doğru, (səhih)
Ukraynada ilişmişəm,
Çox-çox nahaq qan tökmüşəm.
Şəhərləri viran edib.
Xarabaya çevirmişəm.
Xaxolların əzmini mən,
Əsla qıra bilməmişəm.
Əlli min də şəhid verib
Uğur əldə etməmişəm.
Düz səkkiz il bundan öncə
Mən kırıma vurub pəncə
İşğal etdim çox yüngülcə,
Ukraynanın bir qismində
Qurdum kiçik hökümətdə.
Dişim batdı lap şirəyə
Düşündüm ki, Ukraynanı
İşğal edib üçcə günə
İmperiyanı bərpa edib
Düşəcəyəm dildən-dilə,
Çağdaş silah gücü ilə
Avropanı diz çökdürüb
Özgürlüyü, azadlığı,
Boğacağam süngü ilə.
Dünyanın güc sahibindən.
Birisi də mən olacağam,
Rus xalqının qüdrətindən.
Qürlənib feyz olacam,
İmdada yet isa Məsih!
İşlər getmir doğru sahilə:
Daş qayaya rast gəlibdir,
Ukrayna bərk dirənibdir,
Arxasında böyük güclər.
Dayanaraq düzlənibdir,
Hər cür maddi yardım edir,
Ən müasir silah verir.
Bizə qarşı sanksiyalar,
Sərtləşərək lap bərk gəlir.
Qoymayır ki, nəfəs alaq
Gücümüzü toparlayaq
Kömək elə Həzrəti İsa!
Dar gündədi indi Rusiya
Göy üzündən gəldi səda:
Dinlə məni, misgin səda
Buyurmuşdum ümmətinə
İnsanlara, canlılara
Hər bir zaman, hər bir yerdə
Göstərib öz mərhəmətin,
Öz sevgisin, şəfəqqətin:
Bir əziyyət heç verməsin
İsa Məsih hörmətinə.
Qayğı, sayğı hey göstərsin,
Siz getdiniz tam əksinə
Sərvət, dövlət, mal eşqinə
Vicran edib neçə ölkə
O ölkənin xalqlarını
Özünüzə etdiz kölə
Sizə tabi olmayanın
Soyub kəsdik yetərincə
Pyoturdan üzü bəri
neçə-neçə türk xalqını
Əridərək içinizdə
Sahib ulduzmalmülkünə
Nöqtə qoyduz soy-kökünüzə.
Bağ Stalin alçaq tiran
Sürgün edib öz yurdundan.
Tatarları məhz Kırımdan
Yerliyə Siz utanmadan
Yersiz gəldi qaç dediniz
Kırım xalqı yurdu üstə
Hələ qızğın dava gedir,
Sürgün olmuş türklər isə
Öz yurduna dönə bilmir!
Buna Rusiya imkan vermir.
İmperiya xislətindən
Məhv olsada əl çəkməyir
İmperiya sevdası da
Rus xalqına olub bəla,
Torpaqları çox olsa da
Hücüm edir ona buna,
Sənin kimi heyvərələr.
Öz xalqını sevməyirlər.
Qoymayır ki, xalq sağalsın
Baxıb azad ölkələrə
İbrət alıb ağıllansın.
Nə qoyursan xalqı yaşasın,
Nə də qonşu rahat yatsın,
Azad, özgür nəfəs alsın:
Gəl yalvarıb heç sızlmama
Bu xoş getmir bir Allaha!
Ona-buna xorlanma,
Silahınla lovğalanma,
Hədələyib bu dünyanı,
Qorxur altda sən saxlama!
Get, ağlını yığ başına,
Nə tökürsən öz aşına,
O çıxar qaşıqına
Alman yeyən millətini
Xam xəyala düşməsini,
Acı, qara taleyini!
Sənin xalqın qalıb yada
Düşməsin heç bu sevdaya!
Onların bu xəstəlikdən
Sağalaraq həqiqətdən
Çox tərəqqi etməsindən
Sənin xalqın alıb ibrət,
O yol ilə getsə əlbət,,
Bəlkə qəbul ola tövbən
Ümid kəsmə sən də fəqət
Bir Allahın rəhmətindən!