📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putinin Türkiyə səfərinin tarixi açıqlandı

2023-08-07 14:42:00

Putinin Türkiyə səfərinin tarixi açıqlandı

Hurriyyet.az xəbər verir ki, Türkiyə mətbuatı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gedəcəyi vaxtı açıqlayıb.

“Hürriyet” qəzetinin verdiyi xəbərə görə, V.Putin Türkiyəyə avqustun son həftəsində səfər edəcək. Qəzetin yazdığına görə, dövlət başçılarının görüşü zamanı taxıl sazişi, Türkiyə, Azərbaycan və Ermənistan arasında münasibətlər, həmçinin, Suriya məsələsi müzakirə ediləcək.

Xəbər verdiyimiz kimi, avqustun 2-də keçirilən telefon danışığı zamanı prezidentlər Ankarada görüş keçirməyi planlaşdırıblar.

Hürr Tərcüman