📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putinin Türkiyəyə səfərinin tarixi müəyyənləşdirilməyib

2022-02-17 14:25:00

Putinin Türkiyəyə səfərinin tarixi müəyyənləşdirilməyib

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin həmkarı R.T.Ərdoğanla danışıqlar aparmaq üçün edəcəyi Türkiyəyə səfərinin tarixinin hələ müəyyənləşdirilmədiyini, hazırda bununla bağlı danışıqların aparıldığını söyləyib.

Peskov jurnalistlərə açıqlamasında deyib: “Səfərin tarixi hələ müəyyənləşdirilməyib, lakin diplomatik kanallarla razılaşdırılır”.

Hürr Tərcüman