Putinin Yaxın Şərqdəki vəziyyətlə bağlı açıqlamaları Şolzu qəzəbləndirib – “BU, RÜSVAYÇILIQDIR”
2023-10-19 13:11:55
Almaniya kansleri Olaf Şolz Yaxın Şərq münaqişəsi ilə bağlı verdiyi açıqlamalara görə Rusiya prezidenti Vladimir Putini sərt şəkildə tənqid edib.
Hurriyyet.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
“Rusiya prezidentinin mülki əhalinin hərbi qarşıdurmanın qurbanına çevriləcəyi ilə bağlı sağa və sola xəbərdarlıq etdiyini eşidəndə qəzəblənirəm. Bundan daha kinli olmaq, sadəcə, mümkün deyil. Bu, rüsvayçılıqdır", - deyə Olaf Şolz bildirib.
Ülviyyə ŞÜKÜROVA
Hurriyyet.az