📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putinlə Baydenin görüşü dekabrın 7-də keçirilə bilər

2021-12-03 15:15:00

Putinlə Baydenin görüşü dekabrın 7-də keçirilə bilər

Hurriyyet.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Cozef Baydenin arasındakı danışıqların 7 dekabr tarixində baş tuta biləcəyini bildirib.

Peskov deyib: “Dəqiq tarix hələ razılaşdırılmayıb. İş gedir. Görüşün formatına gəlincə, söhbət videokonfransdan gedir”.

Danışıqların formatı da müəyyənləşdirilməyib – görüşün təkbətək, yoxsa, nümayəndə heyətinin iştirakı ilə keçəcəyi bəlli deyil. Kremlin nümayəndəsi deyib: “Bütün bu detallar hələ təsdiqlənməlidir”.

Peskov görüşün 7 dekabr tarixində keçirilməsi təklifinin hələ dəqiqləşmədiyini söyləyib. O, görüşün gələn həftə də, bir həftə sonra da keçirilə biləcəyini deyib.

 

Hürr Tərcüman