Putinlə Çinin dövlət başçısı arasındakı danışıqlar başa çatıb
2021-12-15 19:05:00
Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin Çin Xalq Respublikasının dövlət başçısı Si Tzinpin ilə danışıqları başa çatıb. 1,5 saata yaxın müddətdə davam edən görüş videokonfrans formatında keçirilib.
Putin bu söhbətin Rusiya-Çin münasibətlərinin inkişafını əsaslı şəkildə müzakirə eləmək imkanı yaratdığını bəyan edib. Rusiya Prezidenti iki ölkə arasındakı münasibətlərin XXI əsrdə beynəlxalq əməkdaşlığa gözəl nümunə olduğunu bildirib. Putin gələn ilin fevral ayında çinli həmkarı ilə şəxsən görüşmək niyyətində olduğunu söyləyib. Dövlət başçıları danışıqları davam etdirməyi və Olimpiya Oyunlarının açılış mərasiminə tamaşa etməyi planlaşdırırlar.
Hürr Tərcüman