📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putinlə Cinpinin 6 saatlıq görüşü başa çatdı - Yenilənib

2023-03-21 23:23:00

Putinlə Cinpinin 6 saatlıq görüşü başa çatdı - Yenilənib

17:44

Moskvada səfərdə olan Çin sədri Si Cinpin Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar üçün Kremlə gəlib.

Cinpinin rəsmi qarşılanma mərasimindən sonra liderlər arasında görüş başlayıb. 

Danışıqlar bağlı qapılar arxasında aparılır.

Xatırladaq ki, martın 20-si Kremldə Cinpin və Putin arasında qeyri-rəsmi görüş keçirilib. Sözügedən görüş 5 saata yaxın davam edib. \\Qafqazinfo

23:12

Kremldə Putinlə Cinpin arasında keçirilən görüş başa çatıb.

Danışıqlar təqribən 6 saat davam edib. Bu müddət ərzində tərəflər həm məhdud, həm də geniş tərkibdə heyətlərlə görüşlər keçiriblər.\\Qafqazinfo