Putinlə Ərdoğan görüşəcəklərmi? Peskov açıqlama verdi
2022-01-24 17:07:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmirti Peskov Vladimir Putinlə həmkarı Rəcəb Tayyib Ərdoğanın görüşü məsələsinin konkretləşmədiyini bildirib. Peskov Türkiyə Prezidentinin Ukraynaya səfərindən əvvəl dövlət başçılarının görüşünün təşkili ilə bağlı Moskva ilə Ankaranın danışıq aparmadığını söyləyib: “Bu məsələ ilə bağlı konkret heç bir şey yoxdur”.
Qeyd edək ki, Türkiyə Prezidenti R.T.Ərdoğanın fevralın 3-də Ukraynaya səfər edəcəyi barəsində məlumat verilib.
Hürr Tərcüman