Putinlə Ərdoğan qaz nəqlinin Qara dənizdən keçməsini müzakirə edəcəklər
2022-10-12 18:34:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin Astanadakı görüşləri çərçivəsində qaz nəqlinin “şimal axınları”ndan Qara dənizə keçirilməsi ideyasını müzakirə edəcəklər.
Kanalın verdiyi xəbərə görə, bu ideyanın liderləri cümə axşamı günündəki görüşünün gündəliyində olacağı gözlənilir.
Türkiyənin Enerji naziri Fatih Dönmez bildirib ki, belə bir prosesin reallaşması mümkündür, bu ideya ətraflı şəkildə araşdırılmalıdır.
Hürr Tərcüman