Putinlə Ərdoğan sabah görüşəcəklər
2025-12-11 15:06:33
Hurriyyet.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin Türkmənistanda görüşüb danışıqlar aparacaqlar. Görüş sabah, paytaxt Aşqabad şəhərində baş tutacaq.
Xəbər verdiyimiz kimi, bir sıra dövlətlərin liderləri Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edəcəklər.
Peskov Putinin Aşqabadda bir sıra ikitərəfli görüşlər keçirəcəyini də əlavə edib.
Hürr Tərcüman