📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putinlə məşhur reper görüşür? - Peskovdan ŞOK CAVAB

2026-08-20 20:36:30

Putinlə məşhur reper görüşür? - Peskovdan ŞOK CAVAB

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə amerikalı reper Kanye Uestin görüşünün planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı suala mənfi cavab verib.

Hurriyyet.media  xəbər verir ki, amerikalı reper oktyabr ayında Sankt-Peterburqda iki konsert verəcək.

“Bizi bağışlayın. Bu, bizim mövzumuz deyil. Bura Moskva Konsert Zalı deyil. Bura Prezident Administrasiyasıdır”, - Rusiya KİV-lərinin yaydığı məlumata görə, Kremlin nümayəndəsi mətbuat konfransı zamanı bildirib.

Qeyd edək ki, Kanye Uest oktyabrın 10-u və 11-də Sankt-Peterburqdakı “Qazprom Arena”da çıxış edəcək. Konsertlərə biletlərin qiyməti 9 min rubldan 160 min rubla qədər dəyişir. Ən ucuz biletlər satışa çıxarıldıqdan cəmi bir saat sonra tükənib.

Bu, dünya şöhrətli ulduzun 2022-ci ildən sonra Rusiyaya ilk səfəri olacaq.