📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putinlə Rəisi nədən danışıblar?

2023-01-19 20:27:00

Putinlə Rəisi nədən danışıblar?

Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti İbrahim Rəisiyə zəng edib. Bu barədə xəbəri Kremlin mətbuat xidməti verib.

Dövlət başçıları ikitərəfli münasibətləri, o cümlədən energetika və nəqliyyat sahələrində əməkdaşlığı müzakirə ediblər.

Tərəflər həmçinin, Suriyadakı vəziyyətdən, böhranın nizamlanmasında Astana prosesi çərçivəsində koordinasiyanın davam etməsinin əhəmiyyətindən danışıblar.

 

Hürr Tərcüman