📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putinlə Şoyqunun Sibirdə şok planı... - Danilov

2022-04-22 09:07:00

Putinlə Şoyqunun Sibirdə şok planı... - Danilov

Rusiyada ukraynalılar üçün həbs düşərgələri yaratmağı planlaşdırırdılar.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov deyib.

“Genişmiqyaslı işğal qərarını Putin təkbaşına verməyib, bu, Rusiyanın ali siyasi rəhbərliyinin qərarıdır. Rus ordusunun vəzifəsi ölkəmizi, xalqımızı məhv etmək, Ukraynanı müstəmləkəyə çevirməkdir. Qərbi Sibirdə Putin və Şoyqu yeni şəhərlər tikmək üçün ukraynalılara konsentrasiya düşərgələri qurmağı planlaşdırırdılar. Rusiyanın dayanmayacağına şübhə yoxdur. Biz onları bütün ərazilərimizdən, o cümlədən Krımdan qovmayana qədər müharibə bitməyəcək”, - Danilov qeyd edib