📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putinlə Tokayev Soçidə görüşəcəklər

2022-08-18 14:32:00

Putinlə Tokayev Soçidə görüşəcəklər

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin sabah Soçi şəhərində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşəcək. Bu barədə məlumatı Kreml verib.

Dövlət başçılarının inteqrasiya ittifaqları çərçivəsində ikitərəfli mübasibətləri də müzakirə etməsi gözlənilir. Qeyd edək ki, bu ittifaqlardan biri olan Müstəqil Dövlətlər Birliyinə 2022-ci ildə Qazaxıstan sədrlik edir.

Hürr Tərcüman