Pxenyan yeni hipersəs raketinin uğurla sınaqdan keçirildiyini bəyan etdi
2022-01-06 11:06:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Şimali Koreyada yeni tipli hipersəs raketinin sınağının uğurla başa çatdığı bəyan edilib. Məlumatı Şimali Koreyanın KCNA informasiya agentliyi yayıb.
Koreya Xalq Demokratik Respublikasının yerli mətbuatı hipersəs raketlərinin sınaqlarının uğurla nəticələnməsinin Silahlı Qüvvələrinin modernləşdirilməsi üçün strateji əhəmiyyətə malik olduğunu yazıb.
Hakim Əmək Partiyasına yaxın mövqedə olan “Rodong Sinmun” nəşri raketin buraxılması anlarının kadrlarını yayıb. Mərkəzi Komitənin “sınağın nəticələrindən çox razı qaldığı” bildirilir.
Hürr Tərcüman