Pxenyandan hədiyyə - pxunsan itləri
2024-06-20 10:17:47
Hurriyyet.az xəbər verir ki, Şimali Koreya dövlətinin lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putini Koreya Xalq Demokratik Respublikasının ali mükafatı olan Kim İr Sen ordeni ilə təltif edib. Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat verib.
Mükafatlandırma mərasimi 19 iyun tarixində baş tutub. Kim Çen In V.Putini mükafatlandırmağın onun üçün böyük şərəf olduğunu söyləyərək deyib: "Bu, Rusiya ilə Şimali Koreya arasındakı münasibətlərin inkişafında xidmətlərinə görə Rusiya Prezidentinə sonsuz hörmətin və etimadın ifadəsidir".
Kim Çen In Rusiya Prezidentinə pxunsan cinsindən olan iki ov iti də bağışlayıb.
Hürr Tərcüman