📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pxenyandan şok: Nüvə müharibəsi qaçılmazdır

2023-08-16 11:27:00

Pxenyandan şok: Nüvə müharibəsi qaçılmazdır

Pxenyan əmindir ki, Koreya yarımadasında nüvə müharibəsi qaçılmazdır.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Şimali Koreyanın müdafiə naziri Kan Sun Nam XI Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

“Artıq məsələ Koreya yarımadasında nüvə müharibəsinin olub-olmayacağı deyil, kimin və nə vaxt bunu başladacağıdır. ABŞ və onun marioneti (Cənubi) Koreyanin nüvə çılğınlığı Koreya yarımadası və Şimal-Şərqi Asiyanı yeni nüvə müharibəsi ocağına çevirir”, - Nam bildirib.