📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qaçan “prezident”: Yalnız bu halda istefaya verəcəm

2024-11-16 15:47:50

Qaçan “prezident”: Yalnız bu halda istefaya verəcəm

Abxaziyanın “prezidenti” Aslan Bjaniya müxalifətin zəbt etdiyi hökumət binasını azad etdikdən sonra istefa ərizəsi yazmağa hazır olduğunu bildirib.

Hurriyyet.az xəbər verir ki, Bjaniya bu sözləri Tamış kəndində tərəfdarları ilə görüşdə deyib.

"Onlar bu binanı tərk etdikdə, mən istefa ərizəsi yazacağam və yeni seçkilərdə onların nə qədər dəstək alacağını görəcəyik", - deyə o bildirib.

Qeyd edək ki, Abxaziyanın "rəhbəri" Aslan Bjaniya müxalifətin təzyiqi nəticəsində Suxumidən qaçaraq, öz kəndinə - Tamışa sığınıb./axar.az/