📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qaçaq FETÖ üzvü Azərbaycanda tutularaq Türkiyəyə aparıldı - FOTO

2022-11-12 20:23:00

Qaçaq FETÖ üzvü Azərbaycanda tutularaq Türkiyəyə aparıldı - FOTO

Qaçaq FETÖ üzvü Azərbaycanda saxlanılaraq Türkiyəyə aparılıb.

Hurriyyet.Az Türkiyə mətbuatına istinadən bildirir ki, haqqında "silahlı terror təşkilatı yaratmaq və onu idarə etmək" ittihamı ilə həbs qərarı çıxarılan FETÖ/PDY üzvü Uğur Dəmirok saxlanılıb.

Əməliyyatı Milli Kəşfiyyat Təşkilatı (MKT) təşkil edib.

Bildirilir ki, Uğur Dəmirok 15 iyul 2016-cı il çevriliş cəhdindən sonra xaricə qaçıb. Təşkilatın kripto rabitə proqramı "Bylock"un istifadəçilərindən olan Uğur Demirok Azərbaycanda da fəaliyyətini davam etdirib.

Həyata keçirilən əməliyyatın detalları açıqlanmayıb.

 

Qaçaq FETÖ üzvü Azərbaycanda tutularaq Türkiyəyə aparıldı - FOTO