📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qadın 2 oğlunu öldürüb intihar ETDİ

2023-09-15 21:11:15

Qadın 2 oğlunu öldürüb intihar ETDİ

Barnaulda qadın iki oğlunu öldürəndən sonra intihar edib.

Referans.az xarici mediaya istinadən xəbər verir ki, Altay Ərazisi üzrə İstintaq Komitəsinin məlumatına görə, şəhərin Sənaye məhəlləsindəki çoxmərtəbəli binalardan birinin mənzilində 3 yaş 8 aylıq oğlan uşaqlarının meyiti tapılıb. Hadisə yerində müstəntiqlər qətlə yetirilən uşaqların anasının adından yazılmış qeyd tapıblar.

İstintaq Komitəsinin məlumatına görə, o, uşaqları öldürdükdən sonra yaxınlıqdakı çoxmərtəbəli binaya gedərək öz həyatına son qoyub.

Qeydin məzmunu və qadının mümkün motivləri açıqlanmayıb.