Qadın efir zamanı FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
2023-10-12 21:58:14
Qadın yarış zamanı boğularaq ölüb.
Bu barədə BBC News məlumat yayıb.
Faciə Britaniyanın Pontypridd şəhərində Beddau Reqbi Futbol Klubunun təşkil etdiyi tədbirdə 37 yaşlı Natali Bassın başına gəlib. Qadın əyləncəli zefir yemək müsabiqəsində iştirak etmək üçün səhnəyə dəvət olunub. Müsabiqənin şərtləri sadə və zərərsiz görünsə də, ağzına mümkün qədər çox zefir(marshmallow) yerləşdirən Bass birdən yerə yıxılıb.
Tənəffüs yolları zefirlə tıxanan qadın boğulmağa başlayıb.Tamaşaçılar dərhal onun köməyinə qaçıblar. Lakin Bassın həyatını xilas etmək mümkün olmayıb.
Hazırda polis hadisənin başvermə şəraitini araşdırır. \\Medianews.az